10 iyul 2024 13:17
353

Türkiyə ordusu İraqın şimalında üç PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat zamanı PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə bölgədə terrorçulara qarşı əməliyyatları ardıcıllıqla davam etdirir.