10 iyul 2024 13:10
332

Xaricdən asılılığın azalması təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır - Cevdet Yılmaz

Türkiyənin müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azalıb.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Orta Şərq Texniki Universitetinin Araşdırma mərkəzlərinin açılış mərasimindəki çıxışı zamanı deyib.

O bildirib ki, indi bu göstərici 20 faizdən də aşağıdır: “Halbuki 20 il əvvəl müdafiə sənayesi sahəsində xaricdən asılılığımız 80 faiz idi. Xaricdən asılılığın azalması təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət daşıyır”.