10 iyul 2024 10:46
330

Hindistanda avtobus qəzası nəticəsində 18 nəfər həlak olub

Hindistanın Uttar-Pradeş ştatında baş vermiş avtobus qəzası nəticəsində 18 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.

Qeyd edilib ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd gətirən maşına çırpılıb. Məlumata görə, avtobusda 50 nəfər olub.

Xəsarət alan 19 nəfər xəstəxanalara yerləşdirilib. Polis hadisəyə avtobus sürücüsünün sürət həddini aşmasının səbəb olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.