İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah” qruplaşmasının hədəflərinə zərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri (HHQ) Livanın şərqində və cənubunda Cənta ilə Bəraahit yaşayış məntəqələri ərazisində “Hizbullah” hava hücumundan müdafiə sisteminə aid iki infrastruktur obyektinə hücum edib. Bundan əlavə, İsrail HHQ Kfarkela bölgəsində Hizbullahın silah anbarına hücum edib”, - deyə məlumatda bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”