10 iyul 2024 00:14
409

“Beril” qasırğası ABŞ-də 8 nəfərin həyatına son qoyub

ABŞ-də hökm sürən “Beril” qasırğası nəticəsində 8 nəfər həyatını itirib. 

“İki sahil” xəbər verir ki,  ölənlərdən 7-si Texas, biri isə Luiziana ştatının sakinlərdir. Qasırğaya görə 2,3 milyon insan hələ də elektrik enerjisiz qalıb.

“Beril” qasırğası yerli vaxtla iyunun 7-si səhər saatlarında ABŞ-nin quru ərazisinə daxil olub və ölkənin 1500 km daxilində təhlükəli hava şəraiti formalaşdırıb. Hava kütlələri şimali-şərq bölgələrinə doğru irəliləyir və tufan riski yaradır.