09 iyul 2024 15:33
380

İtaliya millisinin müdafiəçisi "Napoli" klubuna keçib

İtaliya millisinin müdafiəçisi Leonardo Spinatsola "Napoli" klubuna keçib.

“İki sahil” xəbər verir ki, bu barədə onun agenti Davide Lippi açıqlama verib.

Tərəflər müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıblar.

Spinatsolanın əvvəlki klubu 2019-cu ilin iyulundan çıxış etdiyi "Roma" olub. O, 2023/24 mövsümündə romalıların heyətində bütün yarışlarda 36 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçu müqavilə müddəti başa çatdığı üçün "Roma"dan ayrılıb.