09 iyul 2024 15:29
437

Simonyan MDB PA-nın iclasında iştirakdan imtina edib

Ermənistan parlamentinin spikeri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının (PA) iclasında iştirakdan imtina edib.

"İki sahil” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, A.Simonyan iyulun 12-də Sankt-Peterburqda baş tutacaq görüşdə iştirak etməyəcək.