Slovakiyanın baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra ilk dəfə hökumətin iclasında iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə Slovakiyanın "Topky" nəşri məlumat yayıb.
Qeyd edilir ki, iclasda Aİ fondlarından respublikaya vəsaitlərin daxil olması və istifadəsi ilə bağlı məsələlər müzakirə olunub.
Bundan əlavə, nəşr yazır ki, bazar ertəsi Fito Slovenska Nova Ves kəndində “Agro Voderady” kənd təsərrüfatı birliyinin məhsul yığımına həsr olunmuş tədbirlərdə iştirak edib.
Robert Fitsya sui-qəsd mayın 15-də baş verib.