09 iyul 2024 14:51
428

Tiaqo Alkantara "Barselona"nın məşqçisi ola bilər

Tiaqo Alkantara "Barselona"nın məşqçilər heyətində yer ala bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə barədə "Diario Sport" məlumat yayıb. Kataloniya təmsilçisinin yeni baş məşqçisi Hans-Diter Flik və Alkantara bazar ertəsi görüşüb. Onlar ikinci dəfə sabiq futbolçunun "Barselona"nın məşqçilər heyətinə qoşulma imkanını müzakirə ediblər.

Qeyd edək ki, T.Alkantara iyulun 7-i futbolçu karyerasını başa vurduğunu açıqlayıb.