Los-Anceles rayon hakiminin aktyorlar Ceyson Momoa və Liza Bonetin nikahını pozmaq qərarı qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bonet və Momoa yeddi ildən çoxdur evli olsalar da, 12 ildir ki, bərabərdirlər.
44 yaşlı Momoa daha çox “Aquaman” və “Game of Thrones” filmlərindəki rolları ilə tanınır. 56 yaşlı Bonet “Fanatik” və “Dövlətin düşməni” filmlərinin ulduzu olub.