09 iyul 2024 14:32
349

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdi: 69 şəxs, 86 təşkilat...

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, İsveçrə federal hökumətin saytında yer alan bir mesaja görə, Rusiyaya qarşı sanksiyalar siyahısına daha 69 şəxs və 86 təşkilat əlavə edib.

“Yeni sanksiyalar əsasən biznesmenlərə, təbliğatçılara, hərbi qulluqçulara və hakimlərə, ukraynalı uşaqların deportasiyasına görə məsuliyyət daşıyanlara və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına qarşı yönəlib”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Rusiya müdafiə sənayesi şirkətləri, eləcə də sanksiyalardan yayınmağa kömək etdiyi iddia edilən müəssisələr də sanksiyalara məruz qalıb.