"Qarabağ" Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, 25 yaşlı qolkiper Yunanıstanın "Panserraikos" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.
Təcrübəli qolkiper Superliqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən "Qarabağ"da çıxış edirdi.