Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru və Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikovun sədrliyi ilə Federal Əməliyyat Qərargahının iclası keçirilib.
“İki sahil” “Komersant”a istinadla xəbər verir ki, bu haqda Milli Antiterror Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Toplantı Şimali Qafqazda terrorizmlə mübarizəyə həsr olunub.
“İclasda Şimali Qafqazda terrorizmə qarşı mübarizədə federal icra hakimiyyəti orqanları ilə onların ərazi orqanları arasında qarşılıqlı fəaliyyətin səmərəliliyini artırmaq üçün tədbirləri müzakirə edilib”, - deyə, məlumatda qeyd edilir.
Materialda həmçinin bildirilir ki, görüşdə Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Yuri Çayka və Şimali Qafqaz Federal Dairəsinin təsis qurumlarında operativ qərargahların rəhbərləri iştirak ediblər.