NATO dünyada son dərəcə yüksək təhlükəsizlik riskləri yaradır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

“NATO-nun təhlükəsizliyi başqalarının təhlükəsizliyi hesabına təmin edilir. Alyansın siyasəti bütün dünya və region üçün son dərəcə yüksək təhlükəsizlik riskləri yaradır”, - deyə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Pekin alyans üzvlərinin Çinə qarşı böhtan və ittihamlar səsləndirməsinə, habelə Çindən Şərqə, Asiya-Sakit Okean regionuna keçmək və orada vəziyyəti gərginləşdirmək üçün bəhanə kimi istifadə edilməsinə qarşıdır.