09 iyul 2024 11:33
375

Gürcüstanın Aİ-yə qoşulması prosesi dayandırılıb

Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb.

"İki sahil" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskiy deyib.

Onun sözlərinə görə, ölkənin hazırkı rəhbərliyinin niyyəti Aİ liderləri üçün aydın deyil: “Xarici təsirin şəffaflığı haqqında” qanun 9 bənd üzrə nailiyyətləri geri atır. Bununla yanaşı, Qərb, Avropa əleyhinə ritorika Avropa İttifaqına vəyan edilən üzvlük məqsədi ilə tamamilə uyğun gəlmir”.