“ABŞ-da bir müddətdir prezident yoxdur”.
“İki sahil” xəbər verir ki, bunu Texnologiya milyarderi İlon Mask təsisçisi olduğu “X” platformasında yazıb.
O, Amerikanın “New York Times” (NYT) qəzetində dərc olunan “Amerikaya prezident lazımdırmı?” sərövhəli köşə yazısını cavab olaraq yazıb: “Bu, əsl sualdır... Çünki bir müddətdir ki, bizim prezidentimiz olmadığı aydındır”.
Qeyd edək ki, Ross Douthat tərəfindən NYT-də dərc edilmiş məqaləsində, 81 yaşlı ABŞ prezidenti Co Baydenin geri çəkilməli olduğu iddia edilib: “Bayden başqa bir namizədlə dəyişdirilməlidir, çünki yaşlı bir prezidentin ABŞ-da xidmət etməsi son dərəcə təhlükəli olardı”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”