Rusiya BRİKS blokunun bütün əsas tərəfdaşlarının bu il Şərq İqtisadi Forumunda (EEF) iştirak edəcəyini gözləyir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksey Çekunkov deyib.
“Şərq İqtisadi Forumunda onlarla xarici ölkə iştirak edir. Biz gözləyirik ki, Şanxay Əməkdaşlıq Təşkilatının fəal işi ilə əlaqədar BRICS və Asiya-Sakit Okean regionu üzrə bütün əsas tərəfdaşlar Şərq İqtisadi Forumunda iştirak edəcəklər”,
O əlavə edib ki, forumda Çin Xalq Respublikası və digər ölkələrdən nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, Şərq İqtisadi Forumu 2024 sentyabrın 3-dən 6-dək keçiriləcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”