ABŞ-ın Nyu-York şəhərində Bronks ilə Manhetteni birləşdirən Harlem çayı üzərində açılıb-bağlanan körpü həddindən artıq istilərlə əlaqədar olaraq açıq bəziyyətdə kilidli qalıb.
“İki sahil” xəbər verir ki, metal körpünün mexanizmi sıradan çıxıb.
Yerli mətbuatın yazdığına görə, körpüsünün polad elementləri istidən genişlənib, kilidləmə mexanizmi açıq olduğu zaman ilişib qalıb.
Nyu Yorkda ilin ən yüksək temperaturu 35 dərəcə ilə qeydə alınıb.
1898-ci ildə sökülə bilən konstruksiya kimi inşa edilən körpü tək zolaqlı nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunur.
Məhərrəm Ağalaroğlu, “İki sahil”