08 iyul 2024 23:49
424

Livandan İsrailə 20-dən çox raket atılıb

İsrailin hava hücumundan müdafiə sistemləri Livandan atılan raketlərin bir hissəsini ələ keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Ordusunun “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, İsrail ərazisinə 20-dən çox raketin atılıb. Hava hücumundan müdafiə sistemlərinin qarşısını ala bilmədiyi sursatların bir hissəsi yaşayış olmayan əraziyə düşüb.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. (APA)