06 iyul 2024 20:33
453

İzmirdə yanğınsöndürənlər tərəfindən faciənin qarşısı alındı

Yanğın yanacaqdoldurma məntəqəsindən 200 metr aralıda nəzarət altına alınıb

İzmirin Urla rayonunda küləş yanğını yanğınsöndürmə briqadaları tərəfindən 2,5 saat ərzində nəzarətə götürülüb.

“İki sahil” xəbər verir ki, alovların evlərə, park edilmiş nəqliyyat vasitələrinə və yanacaqdoldurma məntəqəsinə 200 metr yaxınlaşdığı bildirilir.

Qeyd edilib ki, yerli vaxtla saat 14.15 radələrində Yenikent rayonu, Ticarət Mərkəzi (AVM) ilə üzbəüz ərazidə baş verən küləş yanğını küləyin təsiri ilə genişlənib.

Yanğının başladığı yerdən İzmirə gedən yol ehtiyat tədbiri olaraq müvəqqəti bağlanıb. Yanğın qrupların gərgin işi ilə 2,5 saatda nəzarət altına alınıb.

Bölgədə soyutma işləri davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”