Türkiyənin İzmir əyalətində meşədə yanğın baş verib.
“İki sahil” xəbər verir ki, İzmirin Ödəmiş rayonunda baş verən meşə yanğınına qruplar havadan və qurudan müdaxilə edirlər.
Rayonun Artıcak rayonunda meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Bölgəyə İzmir Meşə Regional Müdirliyinə məxsus 4 təyyarə, 5 helikopter, 20 su maşını, 6 su təchizatı maşını, 4 dozer və 4 yer heyəti göndərilib.
Bildirilib ki, yanğın yerli vaxtla saat 15.35-də başlayıb və ilk müdaxilə saat 15.45-də edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”