06 iyul 2024 19:18
410

Ərdoğan Almaniyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/4 finalı çərçivəsində bu gün bakı vaxtı ilə saat 23:00-da keçiriləcək Niderland - Türkiyə oyununu izləyəcək.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan ilə yanaşı, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri səfir Akif Çağatay Kılıç və Kommunikasiyalar üzrə vitse-prezident Çağatay Özdəmir də Almaniyaya gedib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”