Özbəkistanda xarici siyasi partiyalar və onların filialları yaratmaq və onların fəaliyyətini həyata keçirmək qadağan edildi.
“İki sahil” xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Siyasi partiyalar haqqında” qanunu müvafiq dəyişikliklərlə imzalayıb.
Qanuna dəyişikliyə səbəb kimi, Özbəkistanda partiyaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyi, bununla bağlı xarici tərəflərin ölkə ərazisində fəaliyyətinin tənzimlənməsinin zəruriliyi göstərilir.
“Siyasi partiyalar haqqında” adı çəkilən qanuna edilən dəyişikliklər xarici siyasi partiyaların və onların filiallarının yaradılmasının və onların fəaliyyətinin qarşısının alınmasına yönəlib”, - qanunun yeni redaksiyasında deyilir.
Qeyd edək ki, bu gün Özbəkistanda rəsmi qeydiyyatdan keçmiş və fəaliyyət göstərən 55 siyasi partiya var.
Məhərrəm Ağalaroğlu, “İki sahil”