Parisdəki Olimpiya kəndində 7 min otaqda təxminən 2500 kondisioner quraşdırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Olimpiya kəndinin direktor müavini Tran Van Şu deyib ki, kondisioner quraşdırılmasında məqsəd həyatlarının matçını və ya yarışını keçirən idmançıların son dərəcə xüsusi ehtiyacını ödəmək idi: “Onların standartdan daha yüksək rahatlıq və bərpa tələbləri ola bilər”.
Bundan əvvəl Paris meri Ann İdalqo Kənddə kondisionerlərdən istifadənin mümkünlüyünü istisna etmişdi. O, 2023-cü ilin fevralında “France Info”ya bildirmişdi: “Buna ehtiyac olmayacaq. Mən idmançıların rahatlığına böyük hörmətlə yanaşıram, lakin mən daha çox bəşəriyyətin sağ qalması haqqında düşünürəm”.