06 iyul 2024 18:04
434

Çin və Tacikistan Əfqanıstanda inklüziv hökumətin yaradılmasını dəstəkləyiblər

Çin və Tacikistan Əfqanıstanda bütün etnik, dini və siyasi qrupların nümayəndələrinin iştirakı ilə inklüziv hökumətin yaradılmasını dəstəkləyiblər.

“İki sahil”in “Sinxua” agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə iki ölkənin yaydı birgə bəyanatda qeyd edilib.

Bildirilib ki, tərəflər birgə bəyanatda müstəqil, neytral, vahid, əhatəli və dinc Əfqanıstanın terrorizmdən, müharibədən və narkotiklərdən azad olmasının, bütün qonşuları ilə sülh və harmoniyada yaşamasının Əfqanıstanın ümumi mənafeyinə uyğun olduğunu vurğulayıblar.

Məlumata görə, birgə bəyanat ÇXR sədri Si Cinpinin Tacikistana dövlət səfəri zamanı imzalanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”