06 iyul 2024 17:44
475

Rusiya güləşçiləri Paris-2024-də iştirak etməyəcək

Rusiya güləşçiləri avqustun 5-11-də Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Rusiya idmançıları 18 mümkün olimpiya lisenziyasından 16-nı qazanıb. Lakin Beynəlxalq Olimpiya Komitəsi titullu güləşçilər Abdulraşid Sadullayev, Zaurbek Sidakov, Zaur Uquyev, Musa Evloyev və Rusiya yığmasının digər rəhbərlərinin iştirakına icazə verməyiblər:

“Bununla əlaqədar Rusiya Güləş Federasiyasının İcraiyyə Komitəsində sərbəst, qadın və yunan-Roma güləşi üzrə Rusiya yığmalarının məşqçilər heyəti və Olimpiya Oyunlarına dəvət almış idmançılarla geniş tərkibdə görüş keçirilib. Onların Olimpiya Oyunlarında iştirak etməməsi barədə yekdil qərar verilib".