06 iyul 2024 17:17
442

Volqoqradda partlayış baş verib, binanın damının bir hissəsi uçub

Volqoqrad şəhərinin İzobilnaya küçəsində yerləşən “Su Təchizatı Konsessiya” MMC-nin kanalizasiya-nasos stansiyasında partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a RF İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə istintaq idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, partlayışın ardınca binanın damının bir hissəsi uçub, 2 nəfərin cəsədini stansiyanın ərazisində tapıblar.

Qaynaq işləri zamanı pozuntular hadisənin mümkün səbəblərindən biri kimi qiymətləndirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”