06 iyul 2024 22:40
604

AVRO-2024: İngiltərə yarımfinalda - YENİLƏNİB-5

İngiltərə Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, İsveçrə ilə qarşılaşmanın əsas və əlavə edilmiş vaxtlarında (1-1) qalib müəyyənləşmədiyi üçün komandalar penallaşıblar.

Penaltiləri daha dəqiq yerinə yetirən ingiltərə millisi növbəti mərhələyə vəsiqəni təmin edib.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə 1-1 İsveçrə (penaltilərlə - 5-3)

Qollar: Breel Embolo 75 (0-1), Bukayo Saka 80 (1-1)

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində İngiltərə - İsveçrə oyununun əlavə olunmuş vaxtında da qalib müəyyənləşməyib.

“İki sahil” xəbər verir ki, komandalar qalibi müəyyənləşdirmək üçün penallaşacaqlar.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə 1-1 İsveçrə

Qollar: Breel Embolo 75 (0-1), Bukayo Saka 80 (1-1)

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində İngiltərə - İsveçrə matçında əlavə olunmuş vaxt oynanılacaq.

“İki sahil” xəbər verir ki, 90-ci dəqiqə ərzində (1-1 qalib müəyyənləşmədiyi üçün komandalar əlavə 30 dəqiqə də mübarizə aparacaqlar.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə 1-1 İsveçrə

Qollar: Breel Embolo 75 (0-1), Bukayo Saka 80 (1-1)

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində İngiltərə - İsveçrə yarışında hesab bərabərləşib.

“İki sahil” xəbər verir ki, oyunun 80-ci dəqiqəsində Bukayo Saka bərabərlik qolunun müəllifi olub.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə 1-1 İsveçrə

Qollar: Breel Embolo 75 (0-1), Bukayo Saka 80 (1-1)

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində İngiltərə - İsveçrə matçında hesab açılıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində Breel Embolo fərqlənib.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə 0-1 İsveçrə

Qol: Breel Embolo 75

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində İngiltərə İsveçrə ilə qarşılaşır.

“İki sahil” xəbər verir ki, Düsseldorfda "Esprit Arena" keçirilən oyunu İtaliyadan olan hakimlər briqadası idarə edir.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə 0-0 İsveçrə

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

Məhərrəm Ağalaroğlu, “İki sahil”