Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" sabah ilk yoxlama oyununu keçirəcək.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri Rusiya Premyer Liqa təmsilçisi "Orenburq"la üz-üzə gələcək.
Qızılcahamam stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.