Qazaxıstanın paytaxtı Astanada 15-i qadın, 6-sı kişi olmaqla, yaşı 100-dən yuxarı olan 21 nəfər yaşayır.
“İki sahil” Kazinform-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosunun “Paytaxt Günü” ərəfəsində yaydığı statistikada qeyd edilib.
Bildirilib ki, 2024-cü il iyunun 1-də olan məlumata görə, 1 464 415 nəfər əhalisi olan şəhərdə ömür uzunluğu 78,09 yaş təşkil edir. Bu göstərici kişilər üçün 74,23, qadınlar üçün 81,28 yaş təşkil edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”