06 iyul 2024 08:18
569

ÇXR-nin sədr müavini: Bütün ölkələrin təhlükəsizlik qayğılarına hörmətlə yanaşılmalıdır

Çin beynəlxalq ictimaiyyəti bütün ölkələrin ağlabatan təhlükəsizlik narahatlıqlarına eyni dərəcədə hörmət etməyə çağırır.

“İki sahil” xəbər verir ki, bunu Pekində Tsinxua Universitetinin təşkilatçılığı ilə keçirilən Qlobal Sülh Forumunun açılışında Çin Xalq Respublikasının sədr müavini Han Çjen deyib.

"Biz hamının təhlükəsizliyinə çağırırıq, bütün dövlətlərin təhlükəsizlik qayğılarına hörmət bütün dünyada sülhün və əmin-amanlığın səmərəli şəkildə qorunması üçün vacib prinsipdir", deyən Han Çjen əlavə edib ki, ölkəsi beynəlxalq təhlükəsizliyə qarşı mürəkkəb təhdidlər qarşısında ümumi və hərtərəfli əməkdaşlıq və davamlı təhlükəsizlik idarəçiliyini müdafiə edir.

O, qeyd edib ki, bütün ölkələr açıqlıq və tolerantlıq anlayışına riayət etməlidir: “Beynəlxalq məsələlər hamı tərəfindən müzakirə edilməli, dünyanın gələcəyi və taleyi bütün dövlətlər tərəfindən idarə olunmalı və inkişafın nəticələri hamı üçün ümumi olmalıdır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”