06 iyul 2024 00:53
546

AVRO-2024: Portuqaliya - Fransa matçının əsas vaxtı heç-heçə yekunlaşıb

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşünün əsas vaxtı 0:0 yekunlaşıb.

“İki sahil” xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmada hər biri 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.