Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final görüşü başlayıb.
“İki sahil” xəbər verir ki, qarşılaşma Ştutqartdakı "MHP Arena" stadionunda keçirilir.
Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Entoni Teylor idarə edir.
***
İspaniya hesabı açır. 52-ci dəqiqədə Dani Olmo fərqlənir.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşünün əsas vaxtı 1:1 yekunlaşıb.
Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada hər biri 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq.
Qeyd edək ki, görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status kvo"nu bərpa edib.