Böyük Britaniyanın yeni xarici işlər və müdafiə nazirləri təyin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə qərarı baş nazir Kir Starmer imzalayıb.
Qərarda göstərilib ki, xarici işlər naziri vəzifəsinə Devid Lemmi, müdafiə naziri postuna isə Con Hili gətirilib.
Bundan əlavə, yeni hökumətdə daxili işlər naziri vəzifəsini İvett Kuper, maliyyə naziri postunu isə Reyçl Rivz tutacaq.
***
Böyük Britaniyanın yeni xarici işlər naziri təyin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının Dəftərxanası məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Devid Lemmi təyin edilib.