Almaniya Ukraynaya üçüncü “Patriot” zenit-raket kompleksini təhvil verib.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın səfiri Martin Yaqer X sosial şəbəkəsində məlumat verib.
“Almaniyadan üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi artıq Ukraynaya çatdırılıb”, - deyə, diplomat bildirib.