03 iyul 2024 13:21
380

Türkiyə ordusu İraqın Hakurk bölgəsində əməliyyat keçirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlanıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində altı terrorçu öldürülüb.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz dəmir yumruğu terrorçuların üzərinə endirməyə davam edir. Bölgədə bircə terrorçu da qalmayanadək əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - paylaşımda bildirilib.