03 iyul 2024 08:26
420

Olaf Şolts: Almaniya və Polşa Ukrayna üçün əməkdaşlıq edəcək

Almaniya və Polşa Ukraynanın yenidən qurulması və ölkənin Aİ-yə yaxınlaşması istiqamətində yaxından əməkdaşlıq edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts iyulun 2-də Varşavada Almaniya-Polşa hökumətlərarası məsləhətləşmələrdən sonra polşalı həmkarı Donald Tusk ilə keçirdiyi brifinqdə bildirib.

“Biz Ukraynanın tərəfində möhkəm dayanırıq. Biz yenidənqurma məsələsində və Ukraynanın Aİ yolunda daha da sıx əməkdaşlıq edəcəyik”, - O.Şolts bildirib.

O xatırladıb ki, hər iki ölkə Ukraynanı ən çox hərbi, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə dəstəkləyir. Xüsusilə, hər iki ölkə müharibədən qorunmaq istəyən ən çox ukraynalını qəbul edib. Bu kontekstdə kansler bildirib ki, Berlin və Varşava qaçqınlar məsələsinin Aİ daxilində həmrəylik şəraitində həllini təmin etmək üçün fəaliyyətini davam etdirəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”