Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərinə hazırlıqların son mərhələdə olduğunu bildirib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Rusiya tərəfi səfərin təfərrüatlarını rəsmən açıqlayacaq.
"Mən sizə bir daha təsdiq edə bilərəm ki, səfər hazırlığın son mərhələsindədir", - deyə, Kreml nümayəndəsi bildirib.
Peskov bu səfəri “çox vacib səfər” adlandırıb.
Xatırladaq ki, “The Tribune India” Modinin iyulun 8-də Moskvaya səfər edəcəyini yazıb.