Ukraynanın Energetika Nazirliyi Xersonda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan regional enerji şirkətinin binasına ziyan dəydiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə idarə Telegram kanalında məlumat yayıb.
“Rayon mərkəzində 6844 abonent enerjisiz qalıb. Rayonda 7 yaşayış məntəqəsində 3,5 mindən çox ölçmə məntəqəsinin enerji təchizatı dayandırılıb”, - deyə, məlumatda bildirilir.
Baş verən yanğının söndürülməsinə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti cəlb olunub.
Xatırladaq ki, bundan əvvəl Xersonda partlayışlar barədə məlumatlar yayılmışdı.