02 iyul 2024 12:11
383

Rusiya sualtı qayıqları Britaniya sahillərində iki dəfə əməliyyat keçirib - “Bloomberg”

Rusiya sualtı qayıqları 2022-ci ildən bəri Böyük Britaniya sahillərində iki dəfə əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

“2022-ci ildən bəri Rusiyanın hücum sualtı qayıqları İrlandiya dənizi bölgəsində iki dəfə əməliyyat keçirib. Kremlin bu addımı Britaniya hərbçilərini Britaniya və İrlandiya sularını qorumaq üçün hərəkətə keçməyə məcbur edib”, - deyə, məqalədə deyilir.

Nəşr qeyd edir ki, söhbət “Kilo” sinifli sualtı qayıqlarından gedir.