01 iyul 2024 13:47
510

Mbappe: Heç kim evə qayıtmaq istəmir

Fransa millisinin hücumçusu Kilian Mbappe Avro-2024-ün 1/8 finalında Belçikaya qarşı keçirəcəkləri oyun haqqında danışıb.

"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, onları çətin matçın gözlədiyini və bu oyuna hazır olduqlarını deyib: 

“Heç kim evə getmək istəmir. Biz hələ tətilə getməyə hazır deyilik. Amma oyuna hazırıq. Nə etməl olduğumuzu bilirik. Belçika ilə görüşün çox çətin olacağını anlayırıq. Amma komandamız, oyunçularımız - bütün heyət bu mübarizəyə hazırdır. Gəlin bunu meydanda göstərək”.

Qeyd edək ki, sözügedən matç bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.