01 iyul 2024 09:55
526

Hökumət əcnəbi işçilər üçün təhlükəsizlik tədbirləri hazırlayacaq

Cənubi Koreya hökuməti əcnəbi işçilər üçün sənaye təhlükəsizliyini gücləndirmək üçün tədbirlər planı hazırlayır.

“İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, buna səbəb akkumulyator zavodunda 23 nəfərin, o cümlədən 18 əcnəbinin həyatına son qoyan yanğının baş verməsidir.

Əmək naziri Lee Jeong-Sik bildirib ki, hökumət əcnəbi işçilər üçün təhlükəsizlik təlimlərini genişləndirəcək, gücləndirəcək və iş yerində risk faktorlarını azaltmaq üçün dəstəyini artıracaq.

Qeyd edək ki, iyunun 24-də Seuldan 45 kilometr cənubda yerləşən Hvasonq şəhərində litium batareya istehsalçısı “Aricell”in zavodunda yanğın baş verib. Oradakı bir çox işçi sonradan heç vaxt təhlükəsizlik təlimi almadıqlarını bildiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”