Bazar günü axşam, iyunun 30-da Rusiya ordusu Donetsk vilayətinin Selydove icmasının Tsukuryne bölgəsinə FAB-500 hava bombası ilə hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə Selidove şəhər hərbi administrasiyası “Telegram”da məlumat yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla saat 22:25 radələrində baş verib. 6 mülki şəxs, o cümlədən 15 yaşlı qız yaralanıb.
21 fərdi yaşayış binası və 2 avtomobilə ziyan dəyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”