SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələrinin yaratdığı “Agroficient” startapı 100 min dollar investisiya qazanıb.
“İki sahil” xəbər verir ki, Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Emil Hüseynli və Malik Sultanov "Baku İnvestment Day"də "Clean Tech" kateqoriyasında suvarmaya qənaət edən hidrogel layihəsi ilə qalib olub.
Layihənin elmi rəhbəri Bakı Ali Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi, Bakı Ali Neft Məktəbinin məzunu Elmar Əsgərzadədir.
Müsabiqədə 12 komanda qalib gəlib. Onlardan 4-ü Azərbaycana məxsusdur.
Azərbaycanın 4 komandasından ikisi isə BANM komandasıdır. Beləliklə, 2 komandası qalib gələn yeganə ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbi olub.
Digərlər qaliblər isə xarici ölkə təmsilçiləridir.
Yeri gəlmişkən, “Agroficient” komandası bir neçə gün əvvəl Portuqaliyada Lissabon Qlobal Sammitində keçirilən yarışda da qalib olublar. Londonda baş tutacaq Qlobal Akselerasiya proqramında Azərbaycanı təmsil edəcəklər.