Şuşada “SOCAR Petroleum” QSC-yə daimi əsasda fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi üçün yer ayrılıb və artıq tikinti işlərinə başlanıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib.
Görülən işlər barədə məlumat verən A.Kərimov qeyd edib ki, Şuşada, həmçinin “Azpetrol” şirkətinin modul tipli yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir: “Hazırda ərazidə bir neçə ictimai iaşə obyektlərinin, kafe və restoranların tikintisi yekunlaşmaq üzrədir. Qarşıdakı həftələrdə onların istifadəyə verilməsi nəzərdə tutulur və yeni müraciətlərə də baxılır”.