27 iyun 2024 17:18
571

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefa verib

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefa verib.

İki sahil "Tanjug" agentliyinə istinadən xəbər verir ki, yığmanın Almaniyada keçirilən Avropa çempionatında uğursuz çıxışından sonra qurumun vitse-prezidenti Branislav Nedimoviç və baş katibi Yovan Surbatoviç tutduqları postdan ayrılıblar.

Qeyd edək ki, Serbiya yığması AVRO-2024-də yer aldığı C qrupunu 2 xalla sonuncu pillədə tamamlayaraq turnirlə vidalaşıb.