Belarus Prezidenti Aleksandr Lukaşenko Dmitri Krutoyu Prezident Administrasiyasının rəhbəri təyin edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Pul First” Telegram kanalı məlumat yayıb.
“Belarus Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoydur”, - deyə, məlumatda qeyd edilir.
Krutoy əvvəllər Belarusun Rusiyadakı səfiri vəzifəsində çalışıb. Onun yerinə indi bu vəzifəyə Aleksandr Roqojnik təyin edilib.
Lukaşenko bundan əvvəl Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsini tutmuş Maksim Rıjenkovu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri təyin edib.