Gürcüstan millisinin hücumçusu Georges Mikautadze Avropa çempionatlarının tarixinə düşüb.
“İki sahil” xəbər verir ki, o, Avro-2024-ün qrup mərhələsinin hər 3 oyununda qol vurub.
Forvard Türkiyə, Çexiya və Portuqaliya ilə görüşlərdə fərqlənib. O, qrup mərhələsində ümumilikdə 3 qola və 1 qol ötürməsinə imza atıb.
23 yaşlı hücumçu tarixdə Avropa çempionatlarının qrup mərhələlərinin hər oyununda qol vurmağı bacaran 9-cu futbolçu olub. Daha əvvəl bunu Mişel Platini, Alan Şirer, Xristo Stoiçkov, Savo Miloşeviç, Ruud van Nistelrooy, Milan Baroş, Qaret Beyl və Kriştiano Ronaldo bacarıb.
Qeyd edək ki, Mikautadze Avro-2024-ün qrup mərhələsinin bombardiri olub.