Donbasda Torets istiqamətində gərgin vəziyyət yaranıb.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

İddia olunur ki, döyüşlər Toretsk və Jeleznı şəhərləri və Severnı kəndi ərazilərində gedir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Telegram-dakı hesabaında qeyd edilir ki, vəziyyət Pokrovsk istiqamətində də gərginləşib. Döyüşlər Xarkov, Kupyansk, Limansk, Seversk və Kramatorsk istiqamətlərində gedir.
Toretskdə iyunun 25-də məcburi təxliyə elan edilib. İyunun 22-dən iyunun 24-dək orada qalan 6 min nəfərdən 500-ə yaxını şəhəri tərk edib.