Rusiya qoşunları Ukrayna aerodromlarına dəqiq silahlar, o cümlədən “Kinjal” raketləri ilə zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qrup zərbəsi Qərb ölkələrinin təyyarələrini yerləşdirməyi planlaşdırdığı Ukraynanın aerodrom infrastrukturuna hücum yüksək dəqiqlikli, uzaqmənzilli dəniz silahları, “Kinjal" aeroballistik hipersəs raketləri, eləcə də pilotsuz uçuş aparatları ilə həyata keçirilib"- deyə, məlumatda bildirilib.